Hopper Inc. (“HTS”) şirkəti və onun tabe təşkilatları Reysin gecikməsi və ya ləğvi zamanı yardım xidmətini ("Xidmət") sizə “Azərbaycan Hava Yolları”nın (“AZAL”) veb-saytları və mobil internet səhifələri (“Saytlar”) vasitəsilə göstərirlər.
Xidməti satın almaqla, siz Xidmətin təminatçısı olan HTS ilə hüquqi qüvvəyə malik bir müqavilə bağladığınızı təsdiq edir və bununla razılaşırsınız.
Xidmət aşağıdakı şərtlərə ("Reysin gecikməsi və ya ləğvi zamanı yardım xidmətinin göstərilməsinə dair Şərtlər"), HTS-in bütün xidmətlərinə və tətbiqlərinə tətbiq olunan Xidmət Şərtlərinə və HTS-in Məxfilik Siyasətinə uyğun olaraq göstərilir. Xidməti satın almaqla siz HTS-in Reysin gecikməsi və ya ləğvi zamanı yardım xidmətinin göstərilməsinə dair Şərtlərini, Xidmət şərtlərini və Məxfilik Siyasətini qəbul etmiş olursunuz.
Saytlardan istifadəniz AZAL-ın Xidmət şərtləri və Məxfilik Siyasəti ilə tənzimlənir.
1. Reysin gecikməsi və ya ləğvi zamanı yardım xidmətinin Satınalma qiyməti. Xidmətin satın alınması üçün haqq xidmət haqqı olub, 6-cı Bölmənin "b" bəndinin 2-ci hissəsində göstərilən müstəsna hallar istisna olmaqla, heç bir halda geri qaytarılmır.
2. İş prinsipi. Planlaşdırılan (“siz”) uçuşa qədərki 24 saat ərzində aşağıdakı hallar baş verərsə, Xidmət çərçivəsində Alıcıya ("siz") heç bir əlavə haqq ödəmədən aviabiletin tarixinin dəyişdirilməsi xidməti təklif edilir: 1) planlaşdırılmış ilk reysinizin uçuşu aviabileti satın aldığınız vaxt sizə bildirilən və təsdiq e-məktubunuzda yenidən qeyd edilən vaxtdan gec həyata keçirildikdə və ya 2) reysiniz bütün hallarda (1-ci və 2-ci bənddə göstərilmiş hər iki hal) sizdən asılı olmayan səbəbdən aviaşirkət tərəfindən ləğv edildikdə (“Reysin gecikməsi və ya ləğvi”). Aviareysinizin vaxtı gözlənilmədən dəyişdirildiyi halda, HTS sizə pulsuz olaraq yeni bir aviabilet bronlaşdırmağınızı və ya Xidməti satın aldığınız vaxt sizə təqdim edilmiş olan və hər bir sərnişin üçün maksimum qiymətdən yüksək olmayan qiymətlə ("Xidmət limiti") və aşağıdakı maddələrə uyğun olaraq səfər etmək istədiyiniz təyinat məntəqəsinə yeni bir tranzit reys (mövcud olduğu halda) təklif edəcəkdir. Xidmətdən istifadə etmək niyyətinizi bildirmədiyiniz halda Xidmətin etibarlılıq müddəti bronlaşdırdığınız səfərin sonuncu reysi yola düşdükdən 24 (iyirmi dörd) saat sonra başa çatır. Hər hansı bir marşrut üzrə birdən çox reysin gecikməsi və ya ləğvi halında Satın aldığınız Xidmətdən 7-ci Bölməyə və Xidmət limitinə uyğun olaraq marşrut üzrə birdən çox yeni aviabilet bronlaşdırmaq üçün istifadə edə bilərsiniz, lakin hər bir marşrut üçün Xidmətin keyfiyyətinə yalnız bir zəmanət veriləcəkdir.
3. Sərnişinlərin hüquqlarının qorunması qaydaları. Kanada və Avropa İttifaqı da daxil olmaqla bəzi ölkələrin qanunvericiliyində planlaşdırılmış hava səyahətində müəyyən ləğvetmələr, gecikmələr və ya digər dəyişikliklər baş verdiyi halda aviaşirkətlərin sərnişinlərə kompensasiya ödəməsi nəzərdə tutulur ("Sərnişinlərin hüquqlarının qorunması qaydaları"). Sərnişinlərin hüquqlarının qorunmasına dair həmin qaydalarda Xidməti satın almadığınız hallarda belə, sizin üçün hüquqlar nəzərdə tutula bilər. Xidməti satın almadığınız hallarda da ödənişinizi geri almaq hüququna malik ola biləcəyiniz hallar barədə ətraflı məlumat əldə etmək üçün AZAL-ın Daşınma Qaydalarına baxın.
4. Aviareysin vaxtının dəyişdirilməsi üçün məqbul səbəblər. Satın aldığınız Xidmətdən istifadə edə bilməyiniz üçün aviareysin vaxtında dəyişiklik müvafiq aviareysin planlaşdırılmış uçuşuna qədərki 24 (iyirmi dörd) saat ərzində baş verməlidir. Həmçinin aviareysin vaxtında dəyişiklik sizdən asılı olmayan məqbul bir səbəbdən edilmiş olmalıdır. Məqbul səbəblərə hava yollarında olan problemlər, gömrük problemləri və ya hava şəraiti və s. səbəblərdən gecikmələr daxildir. Aviareyslərin vaxtının dəyişdirilməsinin məqbul səbəbdən baş verib-vermədiyini müəyyənləşdirmək tamamilə HTS-in xidməti səlahiyyətinə aiddir.
5. İstisnalar. Xidmət aşağıdakılardan sonra tətbiq edilmir:
A. səfər etdiyiniz şəhərin, regionun və ya ölkənin dövlət hakimiyyəti orqanları tərəfindən “fövqəladə hal tədbirlərinin” və ya oxşar “fövqəladə tədbirlər”in həyata keçirildiyi elan olunduqda, yaxud Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən Təhlükəsizliyə dair xəbərdarlıq və ya Amerika Birləşmiş Ştatlarının Xəstəliklərlə Mübarizə Mərkəzi (CDC) tərəfindən səfər etdiyiniz təyinat məntəqəsində Səyahətlər zamanı sağlamlıqla bağlı bildiriş elan olunduqda;
B. səfər etdiyiniz şəhər, ölkə və ya region Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVID-19 riski altında olan yer kimi müəyyənləşdirildikdə;
C. ilk planlaşdırılmış uçuşunuzdan 24 saat əvvəlki dövrdə Xidmətin daxil olduğu aviabilet və ya bronlaşdırma üçün AZAL-dan şirkətin Tarif Qaydalarına uyğun olaraq kompensasiya tələb etmək və ya almaq hüququna malik olduğunuz hadisə baş verdiyi halda; və ya
D. ilk planlaşdırılan uçuşunuzdan 24 saat əvvəlki dövrdə aviabiletinizi könüllü şəkildə ləğv etdiyiniz halda.
Bu cür hallar məqbul səbəblər deyil və bu cür halın baş verdiyi və ya fövqəladə hal, xəbərdarlıq, bildiriş, məhdudiyyət və ya digər oxşar dövlət tədbirlərinin elan olunduğu halda, satın aldığınız Xidmət dərhal qüvvədən düşür.
6. Xidmətdən kənar aviareys dəyişikliyi.
A. Könüllü dəyişikliklər. Xidmətin daxil olduğu aviabileti ilk planlaşdırılan aviareysinizə 24 saatdan artıq vaxt qalarkən könüllü şəkildə dəyişdirdiyiniz halda, ilkin satın aldığınız Xidmətə tətbiq edilən şərtlər, o cümlədən hər hansı Xidmət limiti yeni aviabiletinizə tətbiq ediləcəkdir.
B. Məcburi dəyişikliklər (Aviaşirkət tərəfindən edilən dəyişikliklər).
i. Aviaşirkət tərəfindən aviabilet tarixinin dəyişdirilməsi. Xidmətin daxil olduğu aviareys ilk planlaşdırılan uçuşunuza 24 saatdan artıq vaxt qaldıqda AZAL tərəfindən ləğv edildikdə və siz yeni aviabilet bronlaşdırmağı qəbul etdiyiniz halda, ilkin satın aldığınız Xidmətə tətbiq edilən şərtlər, o cümlədən hər hansı Xidmət limiti yeni aviareysinizə tətbiq olunacaqdır.
ii. Aviaşirkət tərəfindən ləğv edilmə. AZAL hər hansı bir aviareysi ilk planlaşdırılan uçuşunuza 24 saatdan artıq vaxt qaldığı zaman ləğv etdikdə və sizin aviabiletinizin tarixi AZAL tərəfindən dəyişdirilmədikdə, 5-ci Bölmənin "c" bəndinə uyğun olaraq, satın aldığınız Xidmət etibarsız sayılacaq və Xidmət haqqı sizə geri qaytarılacaqdır.
7. Yeni aviabilet bronlaşdırma qaydaları. Xidmətdən istifadə etməyi seçdiyiniz halda, HTS uçuşunuza nəzarət edəcək və aviareysiniz gözlənilmədən dəyildirildiyi halda, sizə digər seçimlər təklif etməsi ilə bağlı məlumat verəcəkdir. Bu halda siz aşağıdakı şərtlərə əməl etməklə HTS vasitəsilə yeni aviareys bronlaşdıra bilərsiniz: yeni aviareys eyni təyinat məntəqəsinə olmalıdır; yeni aviareys istənilən aviaşirkətlə həyata keçirilə bilər, lakin ona ilk aviabiletinizin aid olduğu müvafiq tarif dərəcəsi və ya oxşar tarif dərəcəsi tətbiq edilməlidir; siz təyyarəyə minmək üçün yeni aviareys üçün ayrılmış qapıya vaxtında gələ bilməlisiniz. HTS qapıya vaxtında gəlməyinizi təmin etməyə görə məsuliyyət daşımır və yeni aviareysinizi ötürdüyünüz təqdirdə sizə heç bir əlavə xərc ödəməyəcəkdir. Yoxlamadan keçmiş baqajınız varsa, səfər etdiyiniz təyinat məntəqəsinə yeni uçuşdan əvvəl və ya sonra baqajınızı geri almaq üçün ilk aviabileti satın aldığınız aviaşirkətlə əlaqə saxlamağa görə siz məsuliyyət daşıyırsınız. HTTPS baqajların geri alınması üçün məsuliyyət daşımır. Gözlənilmədən vaxtı dəyişdirilmiş ilk aviareysinizdə qəbul edilmiş baqajınız olduğu halda, HTS yeni uçuşunuzda eyni baqaj üçün qəbul xərclərini müvafiq Xidmət limitinin əhatə etdiyi həddə ödəyəcək. Bu cür xərclərin əvəzinin ödənilməsini tələb etmək üçün 14-cü Bölməyə uyğun olaraq HTS ilə əlaqə saxlamağınız tələb oluna bilər. Hər hansı bir səbəbdən aviareysinizin vaxtının dəyişdirildiyini hesab edirsinizsə, lakin HTS tərəfindən sizə buna dair heç bir bildiriş təqdim edilməyibsə, hazırkı 7-ci Bölməyə uyğun olaraq, siz HTS-in müştəri xidmətləri ilə əlaqə saxlamaq üçün təsdiq cavabınızı göndərdiyiniz e-məktubla sizə göndərilmiş linkdən istifadə etməklə öz seçiminizə uyğun yeni bir aviabilet satın ala bilərsiniz və HTS-dən aviabiletin dəyərini geri ödəməsini tələb edə bilərsiniz. Aviabiletin dəyərinin geri ödənişini almaq üçün sizdən yeni aviabiletinizi bronlaşdırdığınıza dair təsdiq mesajı təqdim etməyiniz xahiş olunur. Siz həmçinin uçuşunuzu ləğv etməyib, HTS-in müştəri xidmətləri departamenti ilə əlaqə saxlamaqla 8-ci Bölməyə uyğun olaraq Xidmət üçün keyfiyyətə zəmanət xahiş edə bilərsiniz.
8. Xidmətin keyfiyyətinə zəmanət. Bu Bölmədə də qeyd edildiyi kimi, Xidmət keyfiyyətə zəmanətlə təqdim edilir. Xidmətdən istifadə etmək üçün meyarlara uyğunsunuzsa və aviabiletinizin tarixinin dəyişdirilməsi üçün təklif olunan seçimlər sizi qane etmirsə, HTS Xidməti satın aldığınız ilk aviabilet(lər)in qiymətinin müəyyən hissəsini (vergilər daxil olmaqla, lakin oturacaq və ya baqaj kimi satın alınmış yardımçı məhsullar xaric olmaqla) sizə geri qaytaracaqdır. Keyfiyyətə verilən zəmanət üçün pul (faizlə) Xidməti satın alıb-almayacağınızı bildirməzdən əvvəl sizə bildiriləcək və təsdiq e-məktubunuza daxil ediləcəkdir. Geri qaytarılan məbləğlər Reysin gecikməsi və ya ləğvi zamanı yardım xidmətinə dair hazırkı Şərtlərin 9-cu Bölməsinə uyğun olaraq ödəniləcəkdir. Zəmanətin dəyərini geri almağı seçmək Xidmətdən istifadəni əvəz edir; Zəmanətin dəyərinin qaytarılmasını seçdiyiniz halda, Xidmət dərhal qüvvədən düşür və etibarsız hesab edilir.
9. Aviabiletin dəyərinin qaytarılması. HTS aviabiletinizin dəyərini Reysin gecikməsi və ya ləğvi zamanı yardım xidmətini satın almaq üçün ödəmiş olduğunuz şəkildə geri qaytaracaqdır. Aviabiletinizin dəyərinin ödənişi həyata keçirdiyiniz şəkildə geri ödənilməsi mümkün olmazsa, hazırkı 9-cu Bölmədə əks olunmuş digər bir prosedurdan istifadə ediləcəkdir. Geri qaytarılmış məbləğlər 10 (on) iş günü ərzində ödəniləcəkdir.
A. HTS aviabiletlərin dəyərini geri ödəmək üçün Wise-ın xidmətlərindən istifadə edir. Bu xidmətlər Wise-ın Xidmət Şərtlərinə və Wise Məxfilik Siyasətinə uyğun olaraq göstərilir. Wise müvafiq qanunvericiliyə uyğun olaraq yoxlamalar aparır. Qanunvericiliyə əməl edilib-edilmədiyini öyrənmək üçün həyata keçirilən yoxlamalardan keçməyiniz və aviabiletin dəyərinin geri ödənişini almağınız sizinlə “Wise” arasında birbaşa sazişlər əsasında tənzimlənir və bu cür sazişlərdə AZAL və ya HTS tərəf kimi iştirak etmir. Xahiş edirik nəzərə alasınız ki, bu prosedurlardan Rusiya da daxil olmaqla Wise tərəfindən dəstəklənməyən bir ölkədən istifadə edəcəyiniz halda, Xidmətlər dəstəklənməyəcəkdir. Sanksiyalar, qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlər və ya coğrafi məhdudiyyətlərlə əlaqədar "Wise" tərəfindən ödənişlərin həyata keçirilə bilmədiyi hallara görə AZAL və HTS məsuliyyət daşımır.
10. Xidmət kimləri əhatə edir? Xidmətin satın alınması üçün haqq hər bir aviabiletin bronlaşdırılmasına görə qiymətləndirilir və səyahət marşrutuna daxil edilmiş bütün sərnişinlərə Xidmətlər hər bir sərnişin üçün Xidmət limitinin maksimal məbləği həddində göstərilir. Bronlaşdırma birdən çox sərnişini əhatə edərsə, bronlaşdırmanı həyata keçirmiş sərnişin bronlaşdırmanın əhatə etdiyi digər sərnişinlərə göstərilən Xidmətdən necə istifadə ediləcəyini müəyyənləşdirəcəkdir.
11. Digər məhdudiyyətlər. Xidmətdən istifadə etməyi seçdiyiniz halda, HTS yeni aviabilet üçün xərclər (hər hansı müvafiq baqajın yenidən təhvil verilməsi haqqı da daxil olmaqla) istisna olmaqla, ödəmiş olduğunuz heç bir haqq və ya xərc üçün məsuliyyət daşımayacaqdır. Xidmət HTS və ya AZAL vasitəsilə gələcəkdə həyata keçirilə biləcək bronlaşdırmaları əhatə etmir. Bu Xidmət yalnız seçilmiş bronlaşdırmalar üçün təqdim olunur. HTS qanuni səbəblərdən (məsələn, dələduzluq və ya sui-istifadə) görə müştərilərin Xidməti satın almasını rədd etmək hüququna malikdir.
12. SMS mesajları almağa razılıq verilməsi. Xidməti satın almaqla HTS-in satın aldığınız Xidmətlə bağlı məlumatları çatdırmaq üçün sizə SMS mesajları göndərməsinə razılıq vermiş olursunuz.
13. Xidmət sığorta demək deyil. Bu Xidmət Reysin gecikməsi və ya ləğvi zamanı HTS-in mümkün həddə sizi səfər etdiyiniz təyinat məntəqəsinə uçmaq üçün yeni aviabiletlə və ya yeni tranzit aviabiletlə təmin edəcəyinə verdiyi zəmanətdir. HTS-in bu Xidmətindən məmnun qalmadığınız təqdirdə, HTS ilk aviabiletinizin dəyərini Reysin gecikməsi və ya ləğvi zamanı yardım xidməti göstərilməsinə dair Şərtlərdə göstərilmiş məbləğdə və şəkildə sizə geri ödəyəcəkdir. HTS öz müştərilərinə bu Xidməti AZAL müştərilərinin daha rahat və çevik səyahət etmələri üçün təqdim edir. Xidmət şərtləri sığorta təklifi, sığorta və ya sığorta müqaviləsi deyil və sizin əldə etdiyiniz və ya əldə edə biləcəyiniz sığortanı əvəz etmir.
14. Əlaqə. Suallarınız olarsa, zəhmət olmasa, təsdiq e-məktubunuzdakı söhbət bölməsi və ya Xidmətlər haqqında tez-tez verilən suallar səhifəsi vasitəsilə HTS-in müştəri xidmətləri departamenti ilə əlaqə saxlayın.
Versiya 1.1; Şərtlər Yeni redaksiyada: Dekabr 2025
HTS is the travel agency, fintech provider, and modern e-commerce platform that can grow and power your business.
© 2026 Hopper Inc.
© 2026 Hopper Inc.